Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

ABŞ-Kuba rəsmiləri görüşür... 50 ildən sonra


Bu ilin yanvarında ABŞ və Kuba nümayəndə heyətləri Havanada görüşüb

Bu ilin yanvarında ABŞ və Kuba nümayəndə heyətləri Havanada görüşüb

-

Yarım əsrdən sonra ilk dəfə olaraq ABŞ və Kubanın yüksək rütbəli diplomatları arasında görüş keçirilib.

İki ölkənin xarici siyasət rəhbərləri – John Kerry və Bruno Rodriguez aprelin 10-da Panamada bağlı qapılar arxasında görüşüblər. Panamada Amerika sammiti keçirilir. Bir ABŞ rəsmisi deyib ki, tərəflər “vacib məsələlərin həlli üçün işi davam etdirməyə” razılaşıblar.

ABŞ prezidenti Barack Obama bildirib ki, tezliklə Kuba ABŞ-ın terrorçuluğa sponsor edənlər siyahısından çıxarılacaq. Obama da sammitə qatılır.

Obamayla Castro arasında rəsmi görüş nəzərdə tutulmasa da, Ağ Ev bildirib ki, yəqin onlar görüşəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG