Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

-

ABŞ prezidenti Barack Obama bildirib ki, tezliklə Kuba ABŞ-ın terrorçuluğa sponsor edənlər siyahısından çıxarılacaq.

Obama aprelin 9-da, Panamada Amerika Sammitindən bir neçə saat öncə danışıb.

Obama-nın sözlərinə görə, ABŞ Dövlət Departamenti Kubanın terror siyahısında iştirakını nəzərdən keçirib. Prezident deyir ki, formal tövsiyəni alandan sonra bir neçə günə müsbət qərarını verəcək.

Panama sammitində ilk dəfə olaraq Kuba da iştirak edir. Birləşmiş Ştatlar və Kuba yarıməsrlik təcridə son qoymağa çalışırlar.

Obamayla Castro arasında rəsmi görüş nəzərdə tutulmasa da, Ağ Ev bildirib ki, yəqin onlar görüşəcəklər.

Sammitdən öncə ABŞ Dövlət katibi John Kerry və Kubanın xarici işlər naziri Bruno Rodriguez Panama şəhərində görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG