Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Banqladeş hökuməti uşaqların ölkənin çoxsaylı su yollarında və hövzələrində boğulmalarının qarşısını almaq məqsədilə məktəblərdə üzgüçülük dərsini icbari fənn elan edib.

BMT-nin məlumatına görə Banqladeşdə hər il 5-17 yaşları arasında olan 18 min uşaq boğulur.

Təhsil Nazirliyi bildirib ki, yerli göl və gölmələr dərslərin keçilməsi üçün münasib vəziyyətə gətiriləcək.

Suda boğulmalar Qanq çayının sahilində yerləşən Banqladeşdə gizli epidemiya adlandırılır.

Qurbanlar əsasən yoxsul ailələrdən olan uşaqlardır.

Təhsil naziri Nazrul Islam Khan AFP xəbər agentliyinə deyib ki, ölkədə hər gün 48 nəfər boğulur.

O əlavə edir ki, bu, Avstraliyada olduğundan 20 dəfə yüksək rəqəmdir.

Banqladeşdə hər dörd uşaq ölümündən biri boğulmalar nəticəsində baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG