Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:49

-

O, Britaniya tarixində ən məşhur kraliçadır. 63 il taxtda olub (1837-1901). Hamıdan çox. Bu dövrə Viktorian epoxası da deyilir. Onun ölümündən sonra çap edilən yeniyetməlik gündəlikləri Britaniyada bestseller olub. Bu ilin iyununda isə kraliçanın uşaqlıqda yazdığı kitab nəşr olunacaq.

"Elis Leyzellsin macəraları" adlanan əsəri kraliça 11 yaşında yazıb.

Kitabda 12 yaşlı qızın hekayəti nəql olunur. Atası evlənəndən sonra onu pansion-məktəbə göndərirlər.

Kitaba ön söz yazan yazıçı Jaklin Uilson qeyd edir ki, "Əgər Viktoriya kraliça olmalı olmasaydı, görkəmli yazıçı olardı".

Viktorian epoxası Britaniya imperiyasının istər siyasi, istərsə də mədəni, elmi sahədə çiçəklənmə dövrü sayılır.

Britaniya konstitusiyalı monarxiya olsa da, Viktoriya krallıqda böyük hörmət və nüfuz sahibi idi.

"Guardian"a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG