Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:54

-

«Mən o müqayisələri oxumuşam. Siz bizi Almaniyanın «Lufthansa» təyyarə şirkəti ilə müqayisə edin. Görün, «Lufthansa» neçəyə uçur, biz neçəyə uçuruq».

Bunu AzadlıqRadiosuna müsahibəsində AzAL Dövlət Konserni mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir. Onun fikrincə, AzAL-ı Tbilisidən uçan təyyarələrlə müqayisə etmək düz deyil:

«Bizim təyyarələr Avropa, Amerika istehsalıdır, başdan-ayağa komfortdur, servisimiz yüksəkdir. İki gün öncə «Boing-787 Dreamliner»lə Romaya uçduq, orda hamı onun şəklini çəkirdi ki, Azərbaycan belə təyyarəni necə alıb. Biz qürur hissi keçiririk ki, ölkəmizdə belə təyyarələrimiz var».


«HAVA YOLUMUZ AÇIQDIR»

Biz qürur hissi keçiririk ki, ölkəmizdə belə təyyarələrimiz var

Məhərrəm Səfərli deyir ki, AzAL-ın təyyarələri yüksək texniki təchizatla təmin olunub: «Bizim təyyarələrimiz ən birincisi təhlükəsizdir. Ancaq onlar bizi «Pegasus»la müqayisə edirlər. Qoy bizi götürsünlər «Lufthansa» ilə. Onların yanaşması düz deyil».

AzAL rəsmisi manatın devalvasiyasından sonra təyyarə biletlərinin qiymətini qaldırmadıqlarını, sadəcə, avronun bahalaşmasının qiymətə təsir etdiyini deyir. Məhərrəm Səfərli onu da vurğulayır ki, ucuz xidmət təklif etmək istəyən aviaşirkətlərə AzAL açıqdır: «Macarıstanın «Wizzair» şirkəti bizim şərtlərlə razılaşmadı. Hansı şirkət Bakıya uçmaq istəyirsə, hava yolumuz açıqdır. Bakıya 20-dək şirkət uçur, heç biri də bizdən narazı deyil».

Macarıstanın «Wizzair» şirkəti bu ilin martında Bakı-Budapeşt-Bakı reysini ləğv edəndən sonra sosial şəbəkələrdə AzAL-ın uçuş qiymətləri müzakirəyə səbəb olub. Qonşu Gürcüstanla paralellik aparanlar və bəzi iqtisadçılar bu qənaətə gəliblər ki, AzAL qiymətləri süni şəkildə şişirdir, hava limanında monopoliya yaradıb qiymət diktə edir və ucuz xidmət göstərən «Wizzair», «Pegasus» kimi aviaşirkətləri ölkəyə buraxmır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG