Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:01

Xaricdə vuruşan daha 7 Azərbaycan vətəndaşı həbs edilib


Foto arxiv
Foto arxiv

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi xüsusi əməliyyat zamanı xaricdəki qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda şübhəli bilinən daha 7 Azərbaycan vətəndaşı həbs edilib.

Aydın Qaragözov, Hafiz Ramizzadə, Telman Bəkirov, Mübariz Tahirov, Cavid Qasımov, Fəzail Vəlizadə və Tural Məmmədov barəsində müvafiq maaddələrlə cinayət işi açılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Hafiz Ramizzadə 2007-2012, Aydın Qaragözov isə 2011-2013-cü illərdə Pakistandakı silahlı birləşmələrin tərkibində fəaliyyət göstəriblər.

Telman Bəkirov, Mübariz Tahirov, Cavid Qasımov, Fəzail Vəlizadə və Tural Məmmədov isə 2014-2015-ci illərdə Suriya və İraqdakı ayrı-ayrı silahlı birləşmələr, o cümlədən İslam Dövləti yaraqlılarının tərkibində fəaliyyət göstəriblər.

XS
SM
MD
LG