Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:51

Nida siyasi məhbuslara məktub kampaniyasına başlayır


Foto arxiv
Foto arxiv

Nida Vətəndaş Hərəkatı bu həftədən siyasi məhbuslar üçün “Vicdana məktub” kampaniyasına başlayır.

Bu barədə təşkilat Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda ölkədə siyasi fəaliyyəti və dini əqidəsinə görə həbs olunmuş 100-dən çox vicdan məhbusu var.

Onlara tanımadıqları şəxslər tərəfindən yazılan bir neçə cümləlik məktub böyük mənəvi dəstək olacaq.

Turanın məlumatına görə, hər həftə 5 nəfər siyasi məhbus üçün məktub yazılacaq.

“Bu həftə jurnalist Xədicə İsmayıl, Müsavat başqanının müavini Tofiq Yaqublu, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətiin üzvü Seymur Həzi, ilahiyyatçı Tale Bağırzadə və Nida Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundova məktub yaza bilərsiniz”, deyə məlumatda bildirilir.

XS
SM
MD
LG