Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:22

Suriyada döyüşdüyü iddia olunan daha 6 nəfər məhkəmə qarşısına çıxarıldı


Arxiv fotosu

Arxiv fotosu

-

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən daha 6 nəfərin məhkəməsinə hazırlıq iclası keçirilib.

İclasa hakim Mirzə Xankişiyev sədrlik edib. O, əqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirdikdən sonra məhkəmə baxışını aprelin 14-nə təyin edib.

Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanova qarşı irəli sürülmüş ittihama görə, onlar qanunsuz silahlı birləşmələrə qoşulmaq üçün ayrı-ayrı vaxtlarda qaçaq yollarla Suriyaya gediblər.

Bu şəxslər ötən ilin sonunda Milli Təhlükəsizlik nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş 26 nəfərlik dəstənin üzvləridir. Onlar Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etməkdə, qanunsuz silah-sursat və başqa döyüş ləvazimatları əldə etməkdə, yetkinlik yaşına çatmayanları qanunsuz silahlı birləşmələrə cəlb etməkdə və başqa cinayət əməllərində təqsirləndirilirlər.

Cinayət işi üzrə ibtidai istintaqı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG