Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Ana öz bloqunu populyar etmək üçün oğlunu öldürüb


27 yaşlı ana Facebook-da öz bloqunun populyarlığını artırmaq üçün 5 yaşlı oğlunu öldürməkdə günahkar bilinib. Ona 20 il həbs cəzası kəsilib (şəkli burada).

Reuters agentliyinin məlumatına görə, Lacey Spears Facebookda oğlunun xəstəliyi haqda “Garnetin səyahəti” adlı bloq yazırmış.

Ancaq prokuror Doreen Lloyd bildirib ki, 5 yaşlı Garnet xəstə deyildi, tamamilə sağlam idi. Onu xəstə kimi anası qələmə verirdi və ona ölümcül duz dozaları verirmiş ki, bundan bloq yazsın və xəstə oğlunun şəkillərini bloqa qoysun.

Lloyd deyib ki, ana öz oğlunu zəhərləyib ki, sosial mediada özünə marağı artırsın.

Hakim isə bildirib ki, Spears əqli cəhətdən tam sağlamdır, ancaq onda Münhauzen sindromu var. Hakimin izahına görə, bu sindromu olan adamlar uşaqlarında süni xəstəlik yaradırlar, tez-tez həkimə aparmaqla özlərini bu yolla qayğıkeş valideyn kimi göstərmək istəyirlər.Bir sıra hallarda sadəcə olaraq özlərinə diqqət cəlb etmək istəyirlər.

XS
SM
MD
LG