Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:25

Amnesty İnternational Ukraynanın şərqində edam xarakterli qətllər törədildiyini deyir


Amnesty International logo
Amnesty International logo

Amnesty İnternational təşkilatı Ukraynanın şərqindəki rusiyapərəst separatçıların edam xarakterli qətllər törətməsi barədə yeni sübutlar olduğunu bəyan edib.

Təşkilatın aprelin 9-da yaydığı məlumata görə, alınları və bədənlərinin müxtəlif yerlərində küllə yarası olduğunu sübut edən 3 Ukrayna əsgərinin fotoşəkilləri var.

Hansı ki, bundan əvvəl YouTube-da onların sağ və əsirlikdə olduqlarını göstərən kadrlar yerləşdirilmişdi.

Onların fevralın 12-18-i arası Debaltseve şəhərində ələ keçdikləri güman edilir.

Təşkilatın məlumatına görə, onların cəsədləri Donetskdəki morqda saxlanılır.

Təşkilat qeyd edib ki, Ukraynadakı mənbələrini gizli saxlamaq üçün əsgərlərin adlarını açıqlamır.

Amnesty İnternational təşkilatı həmçinin şahidlərə istinadla Ihor Branovytsky adalı başqa bir əsgərin separatçıların komandiri tərəfindən yaxın məsafədən güllələndiyini bildirir.

Təşkilat əsirlərin güllələnməsinin hərbi cinayət olduğunu bildirir.

XS
SM
MD
LG