Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Türkiyəli nazir İranın TANAP-a qoşula bilməsini istisna eləmir


Taner Yildiz
Taner Yildiz

“Şərtlər uyğun olsa, İran Trans-Anadolu Qaz kəməri Layihəsindən (TANAP) pay ala bilər”

“Habertürk”ün məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərə Türkiyə ilə Gürcüstan arasında enerji sahəsində əməkdaşlıq sazişinin imza mərasimində deyib.

O qeyd edib ki, digər ölkələrdən də bu layihədə iştirakla bağlı təkliflər gəlib.

Taner Yıldız bildirib ki, əgər layihədə Türkiyə vəSOCAR-ın payı üçün uyğun ticarət şərtləri yaransa, strateji iş birliyi baxımından bu mümkün ola bilər.

TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın30%, BP-nin isə 12% payı var.

XS
SM
MD
LG