Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:34

Ələt-Astara yolunda tikintilər davam edir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ələt-Astara alternativ yolunun çəkilişi İran sərhədinə yaxınlaşmaqdadır. Yolun çəkilişi Astara ərazisində, İran sərhədinin bir neçə kilometrlyində aparılır. Astara şəhərinə girmədən bu yolla İrana keçmək mümkün olacaq. Yol əkin sahələrindən keçir və 18.6 kilometrdir. Smeta dəyəri isə 3.5 milyon manat olduğu bildirilir.

Bu yol «Şimal-Cənub nəqliyyat dəhlizi» haqda razılaşmaya aid edilir. Həmin razılaşma 12 sentyabr 2000-ci ildə Rusiya, İran və Hindistan arasında əldə edilmişdi. 2005-ci ildə isə Azərbaycan bu razılaşmaya qoşulub. Razılaşmaya əsasən, İran tərəfi 350 kilometr Qəzvin-Rəşt dəmiryolunu çəkməlidir. Astaraçayın üzərində 85 metr uzunluğunda dəmiryol körpüsü tikməlidir. İran tərəfi işləri başa çatdırmaq üzrədir.

Ələt-Astara-İran sərhəd yolu ümumilikdə 243 kilometrdir. Bütün ərazi boyu yolların çəkilişi ilə bağlı iş gedir. Bu yolun smeta dəyərinin isə ümumilikdə 416 milyon ABŞ dolları olduğu bildirilir. Bu xərcin 60 milyonu Azərbaycan tərəfinin payına düşür .

Biləsuvar-İran avtomobil yolunun 19.5 kilometr artıq istismara hazırdır. Bu yolu Azərbaycan tərəfi maliyyələşdirib.

XS
SM
MD
LG