Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:02

Odessada 27 şübhəli həbs olunub


Foto arxiv
Foto arxiv

Ukrayna hakimiyyəti Odessada Dversant qrupun üzvləri olmaqda şübhəli bilinən 27 nəfərin saxlandığını deyir.

Prezidenr Petro Poroshenkonun sözçüsü Svyatoslav Tseholko aprelin 9-da bildirib ki, təhlükəsialik xidmətinin rəhbəri Valentyn Nalyvaychenko bu barədə prezidentə məlumat verib.

Onun sözlərinə görə, müstəntiqlər Odessa limanından onlara məxsus olduğu güman edilən qumbara və xəritələr aşkar ediblər.

O həmçinin qeyd edib ki, saxlananlardan ikisi deputata sui-qəst hazırlamaqda şübhəli bilinirlər.

Ukraynanın Təhlükəsialik Xidməti ötən həftə Odessada törədilən silsilə partlayışlarla bağlı 3 şübhəlinin saxlanması barədə məlumat yaymışdı.

Ukrayna hakimiyyəti hesab edir ki, bu partlayışların arxasında Moskva və rusiyapərəst üsyançılar durur.

XS
SM
MD
LG