Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:57

-

Aprelin 10-da havanın temperaturu kəskin enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Gecə 5-8, gündüz 10-14 dərəcə isti gözlənilir.

Azərbaycanın bölgələrində də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

Sinoptiklər hətta dağlıq ərazilərdə qar yağacağını proqnozlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG