Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:28

Rəsul Cəfərov: «Üç dəfə Ədliyyə Nazirliyinə müraciət etsək də...»


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Aprelin 9-da hüquq müdafiəçisi Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəməsində müdafiə tərəfinin və istintaqın təqdim etdiyi sənədlərin təhqiqatı aparılıb.

Rəsul Cəfərovun vəkili sənədlərlə bağlı ekspertiza rəyi verən ekspertin məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib.

Rəsul Cəfərov məhkəməyə bildirib ki, istintaqın irəli sürdüyü mənimsəmə və digər ittihamlar əsassızdır, çünki onun sədrlik etdiyi İnsan Hüquqları Klubu 2010-cu ildə fəaliyyətə başlayıb:

«Həmin vaxt da qüvvədə olan qanunvericiliyə görə, təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsə də, fəaliyyəti qanunsuz sayılmırdı. Üstəlik, 3 dəfə qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdik, amma müsbət cavab ala bilmədik. Axırıncı müraciətdən sonra Ədliyyə Nazirliyini məhkəməyə verdik».

Proses nahardan sonra davam edir.

Məhkəmədən ətraflı reportaj bir azdan AzadlıqRadiosunun saytında yerləşdiriləcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG