Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:11

Azercell bezdirici reklam SMS-lərinə qarşı filtrasiya təklif edir


“Azercell Telekom” Azərbaycanda ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyasının tətbiqinə başlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, SMS filtrini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür.

Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər. Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər.

Belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.

XS
SM
MD
LG