Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

«Ali&Nino»- çəkilişlər davam edir


Əli və Ninonun filmdən ilk birgə fotosu
Əli və Ninonun filmdən ilk birgə fotosu

-

Bakıda Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan «Əli və Nino» filminin çəkilişləri davam edir.

buro247.az saytı Əli və Ninonun filmdən ilk birgə fotosunu yayıb.

Sayt bildirib ki, aprelin 1-dən İçərişəhərdə yenidən başlayan çəkilişlər ayın 14-dək davam edəcək.

Ötən gün 1918-ci ildə baş vermiş Bakı döyüşünün səhnələri çəkilib.

Filmin çəkilişləri Azərbaycan Dövlət Opera və Balet teatrında da aparılıb.

Əli və Nino Bakı şəhər opera teatrında «Yevgeni Onegin» tamaşasını izləməyə gedirlər.

Məhz burada Əli erməni Məlik Naxararyanın Ninoya laqeyd olmadığının bir daha şahidi olur...

Qubanın qədim Xınalıq kəndində də çəkilişlər aparılıb. Burada Əli və Ninonun Dağıstan səfəri canlandırılıb.

«Əli və Nino» filminin çəkilişləri
«Əli və Nino» filminin çəkilişləri

Əsərdə köhnə Bakı, Bibiheybət neft mədənləri barədə söhbət açılır. Artıq bu səhnələrin də çəkilişləri bitib.

Bakıdan sonra çəkilişlərin İran, İstanbul və Tbilisidə aparılması planlaşdırılır.

Qurban Səidin «Əli və Nino» romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Thykier, Asif Kapadia, ssenari müəllifi isə Christopher Hampton-dur.

Filmdə baş rolları Adam Bakri və Maria Valverde canlandırırlar.

Aktyor heyətinə Mandy Patinkin, Connie Nielsen, Riccardo Scamarcio, Humayun Ershardi, Halit Ergenç, Numan Akar, Fəxrəddin Manafov, Rasim Cəfərov, Pərviz Bağırov, Dəniz Tacəddin və digərləri daxildir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG