Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:15

Rusiyada terrorçulara pul göndərməkdə şübhəli bilinən azərbaycanlı həbs edilib


Rusiyanın Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlını həbs edib.

Bu barədə Rusiyanın "Kommersant" qəzeti martın 6-da məlumat yayıb.

Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsində milliyyətcə azərbaycanlı olan yerli sakin Qaçay Hacıyevə qarşı cinayət işi açılıb.

İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund-əş-Şam" (“Böyük Suriyanın döyüşçüləri”) adlı terrorçu qruplaşmaya göndərirmiş.

Qaçay Hacıyevin birinci həyat yoldaşı Viktoriya Babkina bu məlumatın doğru olmadığını deyir.

Onun sözlərinə görə, keçmiş əri, elə də böyük iş adamı deyil.

O, Suriyada yaşayan qardaşı və onun ailəsinə kömək edirmiş.

Babkina deyir ki, Suriyada Qaçayın Suğra adlı bacısı da yaşayır və Suğranın əri həlak olduğundan Qaçay ona da kömək edirmiş.

APA agentliyi ötən ilin aprelində “Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevin əsir düşməsi barədə məlumat yaymışdı.

Məlumatda Aqil Hacıyevin “Ən-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam hökmü çıxarıldığı bildirilirdi.

Onun aqibəti bəlli deyil.

XS
SM
MD
LG