Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

Rohani: Nüvə sazişi üçün bütün sanksiyalar qaldırılmalıdır


Hassan Rohani

Hassan Rohani

-

İran prezidenti Hassan Rohani deyir ki, bütün sanksiyalar dərhal qaldırılmasa, Tehran nüvə proqramını məhdudlaşdıracaq yekun sazişi imzalamayacaq. Xəbəri Reuters yayıb.

“Bütün sanksiyalar eyni gündə qaldırılmasa, hər hansı sazişi imzalamayacağıq,” Rohani bunu aprelin 9-da televiziya çıxışında bildirib.

Onun sözlərinə görə, İran “nüvə danışıqlarında bütün tərəflərin xeyrinə olan saziş” istəyir.

Tehranla danışıqları dünyanın altı dövləti aparır.

Çərçivə sazişi aprelin 2-də əldə olunub, yekun sənəd iyunun 30-a gözlənir.

Birləşmiş Ştatlar sanksiyaların tədricən qaldırılacağını bildirib.

Bütün sanksiyaların eyni vaxtda qaldırılması tələbi isə danışıqlara ziyan vura bilər. Çünki danışıqlara qatılan tərəflər bildirir ki, sanksiyaların ləğvi üçün İran nüvə silahı hazırlamadığını sübut etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG