Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:29

Qaradərilini güllələyən polis həbs olunur


Polisin atəş açdığı videodan görüntü

Polisin atəş açdığı videodan görüntü

-

Birləşmiş Ştatlarda ağdərili polis qaradərili kişini güllələməkdə təqsirli bilinib. Yoldan keçən bir nəfərin çəkdiyi videoda polis Michael Thomas Slager 50 yaşlı Walter Scott-a arxadan bir neçə dəfə atəş açır.

Slager Scott-un maşınını sınmış əyləc işığına görə saxlayıb. Sosial mediada yayılan video polisin atəş açdığı məqamdan başlayır. Scott polisdən aralanaraq qaçmağa üz tutur, sonuncu da heç bir xəbərdarlıq etmədən onu arxadan güllələyir. Bundan sonra yerə yıxılan qurbanına yaxınlaşıb onun əllərini qandallayır. Videoda həmçinin görünür ki, polis Slager başqa yerdən naməlum əşyanı götürüb gizlincə yerdə uzanan Scott-un yanına atır.

Video yayılandan sonra rəsmilər elan ediblər ki, Michael Thomas Slager qətldə ittiham olunaraq həbs edilib.

Hadisə Cənubi Karolina Ştatında, Şimali Çarlztonda baş verib.

Son zamanlar ABŞ-da hüquq-mühafizə orqanları ilə azlıqda olan icmalar arasında gərginlik və inamsızlıq artıb.

Səbəb polis əməkdaşlarının bir neçə qaradərilini atəş açaraq öldürməsidir. Ferqyusonda Michael Brown, Nyu York Sitidə Eric Garner öldürülüb.

Hər iki halda polisin ağdərili, qurbanın isə qaradərili olması polisin gücdən sui-istifadəsi ilə yanaşı baş verənlərin irqi zəmini haqda da suallar doğurub, kütləvi etirazlara səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG