Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:22

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, Vaşinqton İranın Yəməndəki şiə huti silahlılarına verdiyi dəstəkdən xəbərdardır.

Kerry aprelin 8-də ABŞ-ın PBS televiziyasına müsahibə verib. Onun sözlərinə görə, Tehran “anlamalıdır” ki, “Yaxın Şərqdə sabitsizlik yaradılanda və insanlar digər ölkələrdə açıq müharibəyə cəlb olunanda ABŞ kənarda durub baxmayacaq”.

İran hutilərə yardım etmədiyini deyir. Hutilər paytaxt Sanaa daxil olmaqla, Yəmənin çox hissəsini tutublar. Prezident Abd-Rabbu Mansur Hadi Səudiyyə Ərəbistanına qaçıb. Səudiyyənin rəhbərlik etdiyi koalisiya huti silahlılarına hava hücumları endirməkdədir.

Kerry söyləyib ki, Vaşinqton İran tərəfdən hədələndiyini bildirən ölkələri dəstəkləyəcək və İranın hərəkətlərinə görə “alyanslar və dostluqlardan çıxmayacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG