Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:35

Yunanıstanın baş naziri Medvedev-lə görüşür


Vladimir Putin və Alexis Tsipras Kremldə sənəd imzalama mərasimində

Vladimir Putin və Alexis Tsipras Kremldə sənəd imzalama mərasimində

-

Aprelin 9-da Rusiyanın baş naziri Dmitry Medvedev yunanıstanlı həmkarı Alexis Tsipras-la Moskvada görüş keçirəcək. Rusiya hökumətinin mətbuat xidməti bildirib ki, liderlər “ticarət və iqtisadi əlaqələrin müxtəlif aspektlərini” müzakirə edəcəklər.

Tsipras-ın Rusiyaya iki günlük səfəri AB rəsmilərini narahat edib. AB Ukraynanın Krım yarımadasını anneksiya etdiyinə görə Moskvaya sərt iqtisadi sanksiyalar tətbiq edib.

Keçmiş kommunist olan Tsipras yanvarda baş nazir seçilib. O, aprelin 8-də Prezident Vladimir Putin-lə görüşüb. İqtisadiyyat və investisiya məsələləri müzakirə olunub.

Putin görüşlərdən sonra deyib ki, Tsipras Moskvadan maliyyə yardımı yaxud borc istəməyib, onlar böyük enerji layihələri daxil olmaqla, “iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı” müzakirə ediblər.

Borc içində üzən Yunanıstan Beynəlxalq Valyuta Fondundan borcun son tranşını daha yumşaq şərtlərlə almaq istəyir.

Putin deyib ki, Rusiya “limanlar, aeroportlar və kəmərlər” kimi layihələrə sərmayə qoymaqda maraqlıdır.

XS
SM
MD
LG