Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:59

-

İslam Dövləti (İD) silahlı qruplaşmasına məxsus olduğunu iddia edən hakerlər Fransanın TV5Monde televiziya stansiyasının TV kanallarını, vebsaytlarını və sosial media səhifələrini ələ keçirib.

TV5Monde-un baş direktoru Yves Bigot aprelin 8-də deyib ki, stansiya heç bir yayım həyata keçirə bilməyib, vebsayt və fb səhifələrində isə İD-nin mesajları peyda olub.

Onun sözlərinə görə, hakerlər TV5Monde-un sosial media səhifələrində sənədlər də yerləşdirib. Bu sənədlərin İD silahlılarına qarşı hərbi əməliyyatlarda iştirak edən Fransa əsgərlərinin qohumlarının şəxsiyyət vəsiqələrinin surəti olduğu bildirilir.

Bigot deyib ki, stansiya iki saatdan sonra fb səhifəsini ələ keçirib, ancaq hələ də verilişlərini yaya bilmir.

Hakerlər özlərini "CyberCaliphate" (KiberXilafət) adlandırıb və İD düşmənləinə qarşı “kibercihad” apardıqlarını bəyan ediblər.

Hakerlərin yaydığı mesajlardan birində Fransa prezidenti Francois Hollande İraq və Suriyada İD-i bombalayan ABŞ koalisiyasına qoşulmaqla “bağışlanmaz səhvə” yol verməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG