Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55

İran Yəmən yaxınlığına donanma gəmiləri göndərir


Yəmən, 8 aprel, 2015-ci il

Yəmən, 8 aprel, 2015-ci il

-

Məlumatlara görə, İran müharibə gedən Yəmən yaxınlığına donanma dağıdıcısı və başqa bir gəmi göndərib. İranın Press TV dövlət televiziyası istefada olan admiral Habibollah Sayyari-nin fikirlərini yayıb. O, aprelin 8-də deyib ki, gəmilər piratçılığa qarşı kampaniyanın bir hissəsi olacaq, məqsəd “regionda gəmilər üçün donanma yollarını qorumaqdır”.

Bu manevr bölgədə artan gərginliklə eyni vaxta təsadüf edir. Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəməndə hökumət qüvvələrinin şiə huti silahlılarına qarşı mübarizəsini dəstəkləyir, Yəmənə hava zərbələri endirir və onlara silahlar göndərir.

İran xarici işlər nazirinin müavini Morteza Sarmadi isə Livanda çıxışında iki həftədir davam edən hava kampaniyasını dayandırmağa, Yəmən münaqişəsinin siyasi həllinə çağırıb.

Iranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 8-də İslamabada gedib. Səudiyyə Ərəbistanı Pakistandan hutilərə qarşı koalisiyaya qoşulmağı xahiş edib. Zarif danışıqlarda bu məsələni müzakirə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG