Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

Dmitri Kovtun: “Litvinenko bilməyərəkdən özünü öldürə bilərdi”


Dmitri Kovtun

Dmitri Kovtun

Rusiya casusu Alexander Litvinenko-nun qətlində əsas şübhəlilərdən biri - biznesmen Dmitri Kovtun deyib ki, o, özü də bilmədən radioaktiv materialdan zəhərlərnə bilərdi.

Moskvada keçirilən mətbuat konfransında Dimitri Kovtun bildirib ki, Litvinenko sözü gedən çayı içdikdən 3 həftə sonra xəstələnib.

Kovtun və başqa bir Rusiya casusu – Andrey Lugovoy Britaniya ədliyyəsi tərəfindən Litvenenko-nun qətlində şübhəli şəxslər kimi axtarışdadırlar.

Dmitri Kovtun iddia edir ki, polonium materialı Litvinenko-nun özündə olub, lakin o, bunu bilmədiyindən tədricən zəhərlənib.

Hazırda Kovtun Britaniya məhkəməsinə ifadə verməyə hazır olduğunu bildirib.

Britaniya prokurorluğu bu təklifi qəbul edib, lakin bildirib ki, Kovtun yazılı ifadə vermək öhdəliyi götürməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG