Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

İslam Dövləti təşkilatı İraqda 200 yezidi əsiri azad edib


Azad olunmuş əsirlərə Kərkükdə tibbi yardım göstərilir.

Azad olunmuş əsirlərə Kərkükdə tibbi yardım göstərilir.

Kürd təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə İslam Dövləti adlanan təşkilatın cihadçıları şimali İraqda əsir saxladıqları 200-dən artıq yezidini azad ediblər.

General Hiwa Abdullah Associated Press agentliyinə bildirib ki, 216 əsirin əksəriyyətinin səhhəti pis vəziyyətdədir, onların incildildiyi və təhqir olunduğu görünür.

Azad olunanlardan 40-ı uşaqlardır.

İD yezidilər üzərinə keçən il hücum edərək minlərlə insanı öldürmüş və oğurlamışdı.

Əsirlər bildirirlər ki, onları İD-in Tel-Əfardakı istehkamında saxlayırmışlar.

Reuters agentliyi bildirir ki, azad olunanların çoxu ayaq üstdə dayanacaq və danışacaq halda deyilmiş.

Yezidilərin nə səbəbə azad edildikləri bildirilməyib.

Onların əksəriyyəti ötən avqustda Sincarda oğurlanmışdılar.

Əsirlər Ninəva əyalətinin şimalında kürd peşmərgə qüvvələrinə verilib.

Bu son aylarda İD-in azad etdiyi ikinci əsirlər qrupudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG