Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:02

Boston marafonunda partlayış törədən Tsarnaev təqsirli bilindi


Dzhokhar Tsarnaev
Dzhokhar Tsarnaev

2013-cü ildə ABŞ-ın Boston şəhərində keçirilən marafonda partlayış törədən Dzhokhar Tsarnaev 30 ittiham üzrə təqsirli bilib. Bu ittihamlardan bir çoxu ölüm cəzası nəzərdə tutur.

İndi Massaçussets məhkəməsi Tsarnaev barədə hökm çıxarmalıdır.

Bu partlayış nəticəsində 3 nəfər ölüb, 260 nəfər isə yaralanıb.

Tsarnaevin vəkilləri onun cinayətdə iştirakını etiraf etsələr də, deyiblər ki, bomba partlayışlarının arxasında duran hərəkətvericvi qüvvə Dzhokharın böyük qardaşı Tamerlan olub.

Bundan əvvəl vəkil Dzhokhar Tsarnaevin partlayışın törədilməsində birbaşa iştirak etmədiyində israr edirdi.

Lakin prokurorlar bildirirlər ki, “Amerikanı müsəlman ölkələrindəkli müharibələrə görə cəzalandırmaq” istəyən hər iki qardaş cinayətdə bərabər paya malikdirlər.

İndi milliyyətcə çeçen olan Tsarnaev barədə ölüm hökmünün çıxarılıb-çıxarılmayacağı müzakirə olunur.

XS
SM
MD
LG