Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

İcra başçısının oğlu “McDonalds”ın Bakı nümayəndəsinin oğlunun ölümünə görə mühakimə olunur


Arxiv fotosu

Arxiv fotosu

-

"Oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar. Ancaq İlhamla sürücünü təcili Türkiyəyə aparıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. Sabunçu xəstəxanasında heç bir avadanlıq yoxdur, orada təmir gedir. Sənanı normal xəstəxanaya, tibb mərkəzinə aparsaydılar, bəlkə də sağ qalardı".

Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunun ölüm işi ilə bağlı qurulmuş məhkəmədə zərərçəkmiş kimi dindirilmiş “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev deyib.

İşadamının oğlu Sənan Mirzəyevin ölümünə görə məhkəmə iki nəfəri - Səbayel rayonunun icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlini və onun dostu Əhliman Süleymanovu mühakimə edir. Hər ikisi zamindədir.

Ötən il sentyabrın 29-da Zığ-aeroport yolunda İlham Əsgərlinin maşını ilə Əhliman Süleymanovun idarə etdiyi yük maşını toqquşub. İlham Əsgərli və Pərvin Fətullayev xəstəxanaya yerləşdirilib. Sənan Mirzəyev isə 3 saylı Sabunçu Klinik Xəstəxanasında vəfat edib.

Sənan Mirzəyevin atası Maqsud Mirzəyev:

"Oğlumu təcili yardım maşınında aparıblar. Bildiyimə görə, maşında heç nəfəs aparatı da olmayıb. Əgər normal diqqət olsaydı, övladım sağ qalardı. Hadisə baş verəndən sonra oğlum şok vəziyyətində olub, küçədə, asfaltın üstündə qalıb. Belə çıxır ki, Sabunçu xəstəxanası mənim oğlumun səviyyəsinə uyğun olub, amma İlham Əsgərlinin səviyyəsinə yox?”

Zərərçəkmiş ifadəsidə göstərib ki, övladı yüksək sürətin qurbanı olub:

"Hadisə baş verən vaxt Mən Amerikada idim. Bizə zəng gəldi, təcili Bakıya qayıtdıq. Araşdırdıq ki, İlham Sənana Şüvəlana paintball oynamağa getməyi təklif edib. Sürücü olmadığına görə oğlum getmək istəməyib. Amma İlham deyib ki, mən səni öz sürücümlə gəlib aparacam. Yolda maşını sürücüdən alaraq özü sürüb, həm də yüksək sürətlə sürüb. Mənim övladım onun təqsiri üzündən gənc həəyatını itirib. Mən ona ağır cəza verilməsini tələb edirəm".

Zərərçəkənin ifadəsi zamanı o da məlum oldu ki, Sənanla İlham bir sinifdə oxuyublar, məktəbi bitirdikdən sonra da münasibətləri davam edib.

Hakim növbəti məhkəmə iclasını aprelin 15-nə təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG