Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:34

Ukrayna 2 əsgərinin öldüyünü,4-nün yaralandığını bildirir


Andriy Lysenko
Andriy Lysenko

Son gün ərzində Ukraynanın şərqində baş verən atışmada 2 Ukrayna əsgəri və 1 rusiyapərəst yaraqlı ölüb.

Ukrayna ordusunun sözçüsü Andriy Lysenko həmçinin 4 Ukrayna əsgərinin yaralandığını bildirir.

Separatçılar isə son gün ərzində 1 döyüşçülərinin öldüyünü, 3-nün isə yaralandığını xəbər verirlər.

Tərəflər atəşkəsin pozulmasına görə günahı bir-birinin üzərinə atırlar.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

XS
SM
MD
LG