Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:41

Lavrov:“Dağlıq Qarabağ münaqişəsinin qızğın fazaya keçməsi heç ağlımıza da gəlmir"


Sergei Lavrov

Sergei Lavrov

“Heç kim Dağlıq Qarabağ münaqişəsinin qızğın fazaya keçməsini istəmir.Heç bu ağlımıza da gəlmir və əminəm ki, ritorikalara baxmayaraq maraqlı tərəflərdən heç biri bunu istəmir”

TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 8-də Moskvada ermənistanlı həmkarı Edvard Nalbandiyanla görüşdən sonra deyib.

O qeyd edib ki, bütün səylər tezliklə tərəfləri qane edən həll tapmağa yönəlib və Rusiyabuna şərait yaradılması üçün səylərini davam etdirəcək.

Nalbandian isə Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinə alternativ olmadığını deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi bugünədək Minsk qrupu həmsədrlərinin təklifini rədd edir, amma danışıqlara alternativ yoxdur.

Qeyd edək ki, Azərbaycan tərəfi isə əksinə, münaqişənin uzanmasına görə Ermənistanı günahlandırır, Yerevanın münaqişənin həlli ilə bağlı BMT təhlükəsialik şurasının qətnamələrinə məhəl qoymadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG