Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:29

Həmsədrlər regiona gəlmək istəyirlər


Igor Popov
Igor Popov

ATƏT-in Minsk Qrupunun həmsədrləri may-iyun aylarında regiona gəlməyi planlaşdır.

Bu barədə APA-nın Moskva müxbirinə rusiyalı həmsədr İqor Popov məlumat verib.

O bildirib ki, həmsədrlər bunun üçün gələn ay bir araya gəlib, səfərin vaxtını müzakirə edəcək, amma hələlik, səfərin konkret vaxtı təyin olunmayıb.

İgor Popov qeyd edib ki, prezidentlərin görüşündən əvvəl, xarici işləri ilə görüşə hazırlıq məsələlərimüzakirə olunacaq.

Popov deyib ki, həmsədrlər son vaxtlar cəbhə bölgəsində gərginliyin artmasından narahatdır və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

XS
SM
MD
LG