Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:36

Moskvada Rusiya və Yunanıstan liderlərinin görüşü olub


Vladimir Putin və Alexis Tsipras
Vladimir Putin və Alexis Tsipras

Moskvada Rusiya və Yunanıstan liderlərinin görüşü olub.

Rusiya prezidenti Vladimir Putinlə Yunanıstanın baş naziri Alexis Tsipras iqtisadi əməkdaşlığın genişləndirilməsi, sərmayyə qoyuluşu və ticarət əlaqələrini müzakirə ediblər.

Vladimir Putin görüşün əvvəlində bildirib ki, biz münasibətlərin inkişaf etdirilməsinin yolunu tapmalıyıq.

Tsipras isə qeyd edib ki, Yunanıstanın Rusiya ilə qətim, əzəli münasibətləri varvə mən bura bu əlaqələri bərpa etmək üçün gəlmişəm.

Səfər Afinaya borc verilməsi ilə bağlı yeni Yunanıstan hökuməti ilə Avropa Birliyi arasında narazılığın artdığı dövrə təsadüf edir.

Yunanıstan kreditin şərtlərinə yenidən baxılmasını istəyir.

Tsiprasın İkinci Dünya Müharibəsində qələbənin növbəti ildönümü ilə bağlı mayın 9-da Qızıl meydanda keçiriləcək parada da qatılacağı gözlənilir.

Bir çox Qərb ölkələri bu tədbirə qatılmaqdan imtina edib.

XS
SM
MD
LG