Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:11

Elmar Məmmədyarov Aİ-ni Dağlıq Qarabağla bağlı qəti mövqe ortaya qoymağa çağırır


Elman Məmmədyarov

Elman Məmmədyarov

-

«Digər Avropa institutları kimi, Avropa İttifaqının da Dağlıq Qarabağ münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulması vacibdir».

Azərbaycan xarici işlər naziri Elman Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Johannes Hahn-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə deyib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazir nümayəndə heyətini aprelin 8-də qəbul edib.

Görüşdə Elmar Məmmədyarov Aİ ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini bildirib. Müzakirələr zamanı Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin əhəmiyyəti də qeyd olunub.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən Elmar Məmmədyarov əlavə edib ki, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüş zamanı tərəflər Riqada keçiriləcək «Şərq tərəfdaşlığı» təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğulayıblar. Eləcə də, tərəflər elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər .

Günün bütün mövzuları

XS
SM
MD
LG