Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Erdoganla Rohani Yəməndəki vəziyyəti müzakirə ediblər


Hassan Rohani və Recep Tayyip Erdogan

Hassan Rohani və Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Tehrana səfəri zamanı Yəməndəki vəziyyət də müzakirə edilib.

Erdogan aprelin 7-də iranlı həmkarı Hasson Rohani ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, bu qanlı münaqişəni danışıqlar yolu ilə həll etmək lazımdır.

Erdogan qeyd edib ki, bunun üçün bir araya gəlib vasitəçilik və münaqişənin həlli yollarını müzakirə etməliyik.

İran prezidenti Hassan Rohani də bildirib ki, bu münaqişəyə mümkün qədər tez son qoymaq lazımdır.

O qeyd edib ki, atəş tam dayandırılmalı, Yəmənə kənardan hərbi müdaxiləyə son qoyulmalı və bundan sonra ölkəyə hümanitar yardımlar bərpa edilməlidir.

Qeyd edək ki, şiə qrupu olan Huti üsyançıları paytaxt Sanaa və ölkənin bir sıra əyalətlərini zəbt ediblər.

Ərəb ölkələri İranı Huti qrupunu dəstəkləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG