Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Əl hərəkətləri ilə idarə olunan iMac,AppleTV


Apple şirkəti əl və barmaq hərəkətləri ilə rəqəmsal texnikanın idarə olunması üzrə öz texnologiyasına patent alıb. ABŞ-ın Patent bürosuna Apple 2012-ci ildə müraciət etmişdi.

Yeni patentdə təsvir olunan texnologiya AppleiMac, MacBook və AppleTV –ni əllə idarə etməyə imkan verir. Ancaq bunun üçün onlara xüsusi kontroller qoşulmalıdır.

Apple birinci dəfə deyil ki, bu sahəyə maraq göstərir. O,2013-cü ildə İsrilin Primesense şirkətini 350 milyon dollara aldı. Bu şirkətin əl hərəkətlərini kompüterə anladan bir çox texnologiyaları var. Xbox üçün Microsoft Kinect kontrollerini də məhz Primesense hazırlayıb. Bunun sayəsində oyunu əl hərəkətləri ilə tam idarə etmək mümkündür, oyunçunun üstünə əlavə cihazlar qoşmaq lazım deyil.

XS
SM
MD
LG