Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:47

Nazir: «Avropa Oyunları Azərbaycana 1 milyard 100 milyon manata başa gələcək»


Bakı-2015
Bakı-2015

-

«Azərbaycan dövləti indiyə qədər I Yay Avropa oyunlarının keçirilməsi üçün 800 milyon manat pul xərcləyib».

Aprelin 8-də media qurumlarının rəhbəri ilə görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə deyib.

Xəbəri musavat.com yayıb. Bildirilir ki, nazir «Azərbaycan Avropa Oyunlarına 8 milyard xərc çəkib» replikasına cavab olaraq deyib ki, bu, yanlış məlumatdır:

«Əslində biz I Avropa Oyunlarının keçirilməsi üçün 800 milyon manat civarında xərc çəkmişik».

Nazir bildirib ki, bu xərclərin içində Olimpiya stadionunun tikilməsi, digər infrastrukturların yaradılması, avropalı idmançıların qəbul edilməsi və yerləşdirilməsi üçün lazımi şəraitin formalaşmasına sərf olunan vəsait daxildir.

Əbülfəz Qarayev onu da deyib ki, bundan sonra çəkiləcək xərclər də nəzərə alınsa, I Yay Avropa Oyunlarının təşkili Azərbaycan dövlətinə 1 milyard 100 milyon manata başa gələcək.

XS
SM
MD
LG