Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:09

Yunanıstanın baş naziri Tsipras Moskvaya gedib


Alexis Tsipras
Alexis Tsipras

Yunanıstanın baş naziri Alexis Tsipras Moskvaya rəsmi səfərə gedib.

O prezident Vladimir Putinlə görüşəcək və bundan sonra birgə mətbuat konfransı keçiriləcək.

Səfər Afinaya borc verilməsi ilə bağlı yeni Yunanıstan hökuməti ilə Avropa Birliyi arasında narazılığın artdığı dövrə təsadüf edir.

Yunanıstan kreditin şərtlərinə yenidən baxılmasını istəyir.

Bundan başqa Ukrayna böhranına görə, Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlər gərgin olaraq qalır.

Keçmiş kommunist Tsipras bu ilin yanvarında Yunanıstanın baş naziri seçilib.

O Rusiya ilə daha yaxın əlaqələr qurmaq istəyini gizlətmir.

Tsiprasın İkinci Dünya Müharibəsində qələbənin növbətiildönümü ilə bağlı mayın 9-da Qızıl meydanda keçiriləcək parada da qatılacağı gözlənilir.

Bir çox Qərb ölkələri bu tədbirə qatılmaqdan imtina edib.

Tsipras bu günlərdə TASS agentliyinə müsahibəsində, Qərbin Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyalarını pisləyib və bunun çıxış yolu olmadığını bildirib.

O həmçinin qeyd edib ki, Yunanıstan bu məsələdə Rusiya ilə Qərb arasında körpü ola bilər.

Yunanıstan hazırdakredit paketi ilə bağlı Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.

Avropa Birliyi Yunanıstanda islahatların ləng aparıldığını deyir.

Yunanıstan rəsmiləri Rusiya ilə Çinə alternativ maliyyə mənbəyi kimi baxırlar.

XS
SM
MD
LG