Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:37

İranın xarici işlər naziri Mohammad Javad Zarifin aprelin 8-də Pakistana səfəri gözlənilir.

Səfər zamanı Pakistanın Yəmənə hərbi yardım və qüvvələr göndərməsi ilə bağlı Səudiyyə Ərəbisyanının müraciəti də müzakirə olunacaq.

Pakistan parlamenti hazırda bu müraciəti müzakirə edir.

Pakistanın baş naziri Nawaz Sharif aprelin 7-də bildirib ki, Yəməndə münaqişəyə son qoyulması ilə bağlı danışıqlarda İran da iştirak etməlidir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya hazırda Yəməndə şiə qrupu olan Huti üsyançılarına qarşı mübarizə aparır.

İran dəfələrlə bəyan edib ki, bu münaqişə danışıqlar yolu ilə həll olunmalıdır.

Bir sıra ərəb ölkələri İranı Yəməndəki şiə üsyançılarını dəstəkləməkdə və bununla regionda nüfuzunu artırmağa cəhddə günühlandırırlar.

İran ittihamı rədd edir.

Hazırda paytaxt Sanaa da daxil olmaqla ölkənin bir sıra əyalətləri üsyançıların nəzarətindədir.

Yəmən prezidenti Mansur Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG