Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

“Mərkəzi Bankın elan etdiyi kimi, manatın məzənnəsi Avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, Avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür. Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər”.

Bunu "manatın ucuzlaşmasına hansı faktorlar təsir edir?" sorğusuna cavab olaraq Mərkəzi Bankdan Trend-ə bildiriblər.

Bildirilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında Avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur:

"Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olmuşdur. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meyilləri nəzərə alır”.​

XS
SM
MD
LG