Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Turan İA: “Tikinti materialları 11,3% bahalaşıb”


Sabunçu bazarı, arxiv foto

Sabunçu bazarı, arxiv foto

-

“Martda tikinti materialları 11,3% bahalaşıb”.

Bu, Turan İA-nin Bakının tikinti materialları bazarında apardığı monitorinq nəticəsində bəlli olub. Agentlik tikinti materiallarının orta hesabla 11,3% bahalaşdığını aydınlaşdırıb. Fevralda artım 3% olub.

“BAHALAŞMAYA ARMATUR TƏSİR EDİB”

Qeyd olunur ki, orta qiymətin artmasına əsasən armaturun bahalaşması təsir edib.

“Armaturun bütün nomenklaturasının qiyməti 8% artaraq bir tona görə 670 dollar təşkil edib. Tikinti materiallarının əksər digər növlərində isə qiymətlər stabil qalıb, yaxud azalmağa doğru tendensiya olub”.

Ekspertlərin fikrincə, armaturun qiyməti xammalın qiymətinin artması ilə qalxıb:

“Armaturun əsas istehsalçısı “Baku Steel Company” poladın əridilməsi üçün əsasən ölkə daxilində istehsal edilən qara metal qırıntılarından istifadə edir. Onun həcmləri azalır. Ancaq qiymətlərin stabil qalması və hətta azalması fərdi tikinti bazarında fəallığın düşməsinə işarə edir, bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır”.

ƏRZAQ UCUZLAŞIB

​Araşdırma ərzaq bazarında da aparılıb. Bəlli olub ki, martda Bakıda ərzaq 1% ucuzlaşıb:

Turan-ın tərtib etdiyi 30 ərzaqdan ibarət səbətdə yumurta (-28%), quş əti (-3,8%), qarğıdalı yağı (-4,6%), şəkər tozu (-6,2%), düyü (-4,7%), süd (-9%) ucuzlaşıb.

Xiyar (+25%), mal əti (+15,4%), qoyun əti (+5,2%), qarabaşaq (+12%) bahalanıb.

Agentlik iddia edir ki, digər qiymətlər az dəyişib. Ət və quş əti kimi ərzağın qışda ucuzlaşması əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasından xəbər verir.

Bu il fevralın sonunda manat azı 33 faiz devalvasiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG