Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:32

-

AXCP fəalı Ruslan Nəsirli həbs edilib.

Bu barədə AzadlıqRadiosuna AXCP-nin sədr müavini Gözəl Bayramlı məlumat verib. Bildirib ki, Ruslan Nəsirli aprelin 7-si axşam saatlarında Yasamal rayon polis əməkdaşları tərəfindən saxlanıb.

AXCP fəalına qarşı polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama ittihamı irəli sürülüb, o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.

Bu, son iki gündə eyni ittihamla həbs edilən üçüncü AXCP fəalıdır.

Aprelin 6-da partiyanın Səbayel Rayon Şöbəsinin sədri Sadif Qurbanov da həbs olunub. Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama ittihamı ilə 20 sutka azadlıqdan məhrum edilib.

Həmin gün həbs olunan AXCP üzvü Türkel Azərtürkə (Əlisoy) də 20 sutka inzibati həbs cəzası verilib. O da polisə müqavimət göstərməkdə ittiham olunur.

Gözəl Bayramlı hər üç fəala qarşı irəli sürülən ittihamla razılaşmır:

“Təbii ki, bu ittiham saxtadır. Onların hər üçü fəallıqlarına görə həbs olunublar. Onlar partiyanın təkcə mitinqlərində yox, elə hər bir işində fəallıq göstərən, təşkilatçı üzvlərdirlər. Ümumiyyətlə, AXCP fəallarına qarşı repressiya ötən ilin oktyabrından başlayıb”.

Ötən ay- martın 10-da isə AXCP fəalı İsa Qurbanov inzibati qaydada həbs olunub. ​

Hakimiyyət təmsilçiləri ölkədə fərdlərin siyasi baxışlarına görə təqib olunmadığını, saxlanma və həbslərin konkret cinayətlərə, pozuntulara uyğun olaraq həyata keçirildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG