Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:33

-

Avropa Birliyinin Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Johannes Hahn Azərbaycanda səfərdədir.

Aprelin 7-si axşam saatlarında Bakıya gələn diplomatın səfəri aprelin 9-dək davam edəcək.

Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, “Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla AB arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.

Bu, Johannes Hahn-ın AB-nin Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir. Onun Bakıda vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəyi barədə hələlik dəqiq informasiya yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG