Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

-

Aprelin 7-də Vaşinqtonda işığın bir neçə saatlıq kəsilməsi Ağ Evdə, Kapitolidə və Dövlət Departamentində də işə təsirini göstərib.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, Prezident Barack Obama-nın iqamətgahında enerji generatorları yandırılıb.

Dövlət Departamentinin sözçüsü Marie Harf gündəlik brifinq verən vaxt işıqlar sönüb.

Muzeylərdə olanlar evakuasiya edilib. Liftdə qalanlar olub, eskalatorlar dayanıb.

Daxili Təhlükəsizlik Departamenti terrorçuluq təhlükəsinin olmadığını bildirir. İşığın sönməsinə səbəb Merilenddə ötürücü xətdə yaranan problem göstərilib.

Vaşinqtonda məktəblər bağlanıb. İşıqforlar işləmədiyindən yollarda tıxac yaranıb.

Pepco enerji şirkəti günün sonunda elektrik enerjisi verilişinin tam bərpa olunduğunu bildirib.

Heç kəsin xəsarət almadığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG