Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:14

Ucuz neft “Shell” və BG şirkətlərinin birləşməsinə səbəb ola bilər


Royal Dutch Shell şirkətinin baş icraçı direktoru Ben van Beurden.

Royal Dutch Shell şirkətinin baş icraçı direktoru Ben van Beurden.

Enerji nəhəngi “Royal Dutch Shell” Britaniyanın iriliyinə görə üçüncü enerji şirkəti – neft və qaz təchizatçısı BG qrupu ilə birləşmək üçün danışıqların yetkin mərhələsindədir.

Bu mega-birləşmə ümumi kapitalı 296 milyard dollar olan yeni şrkətin yaranması ilə nəticələnə bilər.

“Shell” şirkəti bu barədə hər hansı şərh verməkdən imtina edib.

BG qrupu isə bildirir ki, “Shell” son sözünü mayın 5-dək deməlidir.

Təhlilçilər bildirirlər ki, bu birləşmə baş verərsə, onun əsas səbəblərindən biri də neft qiymətlərinin düşməsi olacaq.

BG qrupu bildirib ki, neft qiymətlərinin düşməsi ilə əlaqədar 9 milyard dollarlıq kapitalını satışa çıxarmağa hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG