Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:13

Şotlandiya millətçiləri Britaniya tarixində ən az proqnozlaşdırıla bilən may parlament seçkilərinin ardınca, daha bir müstəqillik referendumu keçirə bilərlər.

Şotlandiya millətçilərinin lideri Nicola Sturgeon belə bir referendumun 2016-cı ildən sonra keçirilə biləcəyini deyib.

Şotlandlar ötən ilin sentyabrında Britaniyanın tərkibində qalmağa səs versələr də, o vaxtdan keçən müddətdə millətçilərin populyarlığı xeyli yüksəlib.

Şotland millətçilərinin keçmiş lideri Alex Salmond ötən referendum ərəfəsində demişdi ki, “bu, 307 ildə İngiltərədən qopmaq üçün tarixi imkan olacaq”.

Bununla belə, xanım Sturgeon partiyasının qarşıdan gələn may ayında keçiriləcək Britaniya parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.

Rəy sorğuları və proqnozlara görə may seçkilərində mühafizəkarların və ya leyboristlərin qalib gələ biləcəyi bəlli olmayıb.

Bu şəraitdə Şotlandiyanın millətçi partiyası əsas Britaniya partiyalarından birini dəstəkləyə bilər.

Xanım Sturgeon leyboristlərlə ittifaqın mümkünlüyünü dilə gətirib.

O, leyborist Ed Miliband-in baş nazir olmasınımı istəyir sualına, “mən Cameron-un baş nazir olmasını istəmirəm” cavabını verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG