Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:54

Rusiya hakerləri Ağ Evin həssas sisteminə daxil ola biliblər


CNN telekanalı xəbər verir ki, Rusiya hakerləri ABŞ Dövlət Departamenitinə müdaxilə etdikdən sonra Ağ Evin kompüter sisteminə yol tapıblar.

Ağ Ev bildirib ki, bu,təzə baş vermiş hadisə deyil.

Ağ Evin sözçüsü Mark Stroh deyib ki, Rusiya hakerlərinin kiberhücumu barədə CNN-nin xəbərini şərh etmək niyyətində deyil.

Ağ Ev milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes çərşənbə axşamı CNN telekanalına bidirmişdi ki, 2014-cü ildə baş vermiş haker hücumundan heç bir məxfi informasiya açılmayıb.

Rhodes izah edib ki, Ağ Evin qeyri-məxfi, məxfi və tamamilə məxfi sistemləri var və o düşünmür ki, haker müdaxiləsi məxfi sistemlərə edilib.

CNN bildirmişdi ki, hakerlər qeyri-məxfi, lakin həssas informasiyaya daxil ola biliblər. Bura prezidentin qeyri-ictimai işlər üçün gündəliyi də daxildir.

XS
SM
MD
LG