Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:54

Siyasi məhbuslar üzrə İşçi Qrup həmməruzəçilərin iştirakıyla toplanır


Hüquq müdafiəçilərinin ölkədə siyasi məhbusların sayı barədə fikri yekdil deyil

Hüquq müdafiəçilərinin ölkədə siyasi məhbusların sayı barədə fikri yekdil deyil

Noyabrın 2-də hökumət nümayəndələri və hüquq müdafiəçilərindən təşkil edilmiş siyasi məhbuslar üzrə xüsusi İşçi Qrupun iclası keçiriləcək. Tədbirdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkellə Toni Lloyd da iştirak edəcək. İşçi Qrupun belə bir formatda birinci görüşü bu ilin mayında keçirilmişdi. Hüquq müdafiəçiləri son əfv fərmanının da siyasi məhbus problemini həll edə bilmədiyini deyir, AŞ PA-nın bu problem üzrə xüsusi məruzəçi təyin etməsini istəyirlər. Ancaq hökumət təmsilçiləri bu fikri bölüşmürlər.


«Əgər hakimiyyət bu məsələyə diqqətlə yanaşırsa, bütün siyahılarda adları olan şəxsləri azadlığa buraxa bilər»
Hüquq müdafiəçisi Murad Sadəddinov deyir ki, İşçi Qrupun növbəti görüşündən ciddi bir irəliləyiş gözləmir, ümumilikdə qrupun fəaliyyətini faydasız sayır. Cənab Sadəddinova görə, indi AŞ PA-da Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi aktuallaşır. Müxtəlif hüquq-müdafiə fəallarının siyahıları arasındakı fərqlərə gəlincə, Murad Sadəddinov bildirir ki, əslində, siyasi xarakterli məhbusları media vasitəsilə bütün cəmiyyət tanıyır: «Əgər hakimiyyət bu məsələyə diqqətlə yanaşırsa, bütün siyahılarda adları olan şəxsləri azadlığa buraxa bilər».

Qrupun üzvü Gültəkin Hacıyeva isə İşçi Qrupun fəaliyyəti nəticəsində bu günədək xeyli məhbusun azadlığa buraxılmasını önə çəkir və siyasi məhbuslar üzrə xüsusi məruzəçiyə ehtiyac görmür: «Azərbaycanda siyasi məhbus məsələsi demək olar ki, qapanıb. Barmaqla sayıla biləcək sayda adamlardan söhbət gedə bilər. Bu insanların taleyinə müəyyənlik gətirmək üçün bu format da çox uğurludur. Yeni məruzəçinin təyin olunmasıyla bağlı təşəbbüsə də heç bir ehtiyac görmürəm. Düşünmürəm ki, Avropa Şurası işin həcmini, mahiyyətini nəzərə alaraq xüsusi məruzəçi təyin etsin».


Hüquq müdafiəçilərinin ölkədə siyasi məhbusların sayı barədə fikri isə yekdil deyil. Bəzi qurumlar belə məhbusların sayının 50, digərlərisə 100-dək olduğunu deyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG