Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Varlı çinlilərə “toy edən” fransız senatorun meyiti tapıldı


Fransa senatı

Fransa senatı

Fransada çinlilər üçün Luara vadisində lüks toy mərasimləri təşkil edən sosialist senatorun meyiti öz evinin yaxınlığında aşkar edilib.

O bir gün sonra məhz elə bu mərasimlərlə bağlı korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxmalıydı.

Turs şəhərinin keçmiş meri Jean Germain çinli turistlər üçün təkrar toy məclisləri təşkil etməkdən qanunsuz olaraq varlanmaq ittihamı ilə mühakimə ediləcəkdi.

67 yaşlı senator “vida məktubu” da yazıb. 67 yaşlı senator məktubda təqsirsiz olduğunu bildirir.

Onun ölümü Fransa siyasi dairələrini şoka salıb.

Prezident Francois Hollande kədərləndiyini bildirib, baş nazir Manuel Valls isə deyib ki, o, Turs şəhərində “xarüqələr yaratmış dostunu” itirib.

Polis ölümün intihara bənzədiyini bildirir.

Cənab Germain çinlilər üçün nikah mərasimlərini Turs şəhərinin bələdiyyə binasında keçirirdi.

2007-2011-ci illər arasında çinlilərə “toy turist paketləri”ni satan şirkətin rəhbəri 2013-cü ildə həbs edilib.

Lise Han bu şirkətə rəhbərlik etdiyi vaxt, həm də şəhər bələdiyyəsinin işçisi imiş.

Mer özünün ənənəvi uzun əbasında “evlənənlərlə” şəkillər də çəkdirərmiş.

Mətbuat yazır ki, çinli turistlər əslində Çində evlənirdilər, lakin toy məclisini dəbdəbə ilə Fransada qeyd edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG