Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

Arktikada Rusiyanın nüvə sualtı qayığı yanır


2011-ci ilin dekabrında Rusiyanın Arktika dənizindəki daha bir nüvə sualtı qayığında yanğın baş vermişdi.

2011-ci ilin dekabrında Rusiyanın Arktika dənizindəki daha bir nüvə sualtı qayığında yanğın baş vermişdi.

Rusiyanın Arktikadakı gəmi tərsanələrindən birində nüvə sualtı qayığında yanğın barədə xəbərlər yayılıb.

Xəbərlərdə deyilir ki, “Orel” gəmisində yanğın lokallaşdırılıb, lakin söndürülməyib.

Gəminin Severodvinks tərsanəsində təmir zamanı od tutduğu bildirilib.

Bu sualtı qayıq Rusiyanın Şimal dəniz donanmasında 1992-ci ildən qeydiyyatdadır.

Gəminin nüvə başlıqlı raketlər daşıdığı xəbər verilir.

Donanma sözçüsü TASS agentliyinə deyib ki, yanğın nüvə partlayışı təhlükəsi yaratmayacaq.

Tərsanənin müdiriyyəti bildirib ki, qayığın “kritik” hissəsləri hələ təmirdən əvvəl çıxarılıb.

İtkilər barədə məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG