Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:27

Avropada at əti qalmaqalında iştirakı olanlardan biri – hollandiyalı at əti alverçisi Willy Selten sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək iki il yarım müddətinə azadlıqdan məhrum edilib.

45 yaşlı Selten 300 ton at ətini mal atı sənədlərilə satdığına görə 2013-cü ilin mayında həbs edilib.

Selten-in vəkili müştərisinin məhkəmə hökmündən şoka düşdüyünü deyib.

Bu qalmaqal 2013-cü ilin yanvarında İrlandiya və Britaniyanın supermarleketlərində at ətindən hazırlanmış burgerlər müəyyən ediləndə başlamışdı.

At ətini DNT analizi nəticəsində müəyyən etmişdilər. Bundan sonra 50 min ton ət Avropa boyunca satışdan çıxarılmışdı.

Selten at ətini mal ətinə qataraq 100 faizli mal əti kimi satırmış.

Məhkəməni aparan hakim deyib ki, Selten bütün Hollandiyanın imicini rüsvay edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG